SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Suriyalıların geri qayıtma prosesi davam edir

11-09-2019, 10:07 | Oxunub: 6 |

Suriyalıların geri qayıtma prosesi davam edir

Ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə gələn suriyalılardan daha bir qrup Öncüpınar sərhəd-keçid məntəqəsindən çıxaraq, terror təşkilatlarından təmizlənən bölgələrə getdi.
Türkiyənin müxtəlif şəhərlərində yaşayan qadın və uşaqların da aralarında olduğu 120-yə yaxın suriyalı “Könüllü geriqayıdış proqramı” çərçivəsində Öncüpınardakı Köç İdarəsindəki rəsmi işlərin başa çatdırılmasından sonra mikroavtobuslara mindirildilər.

Suriyalılar Öncüpınar sərhəd-keçid məntəqəsindən “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə terror təşkilatları YPG/PKK -İŞİD-dən təmizlənən bölgələrə getdilər.
“Könüllü geriqayıdış proqramı” çərçivəsində 2015-ci ildən bəridir təqribən 335 min suriyalı ölkəsinə qayıtdı.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR