SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Ceyhun Bayramov eston həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib

19-10-2020, 11:58 | Oxunub: 34 |

Ceyhun Bayramov eston həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat veribXarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən “Xeberfakt.info”a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki dəfə Gəncəyə edilən raket hücumları qeyd olunub. Gəncə şəhərinə edilən son raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla, 13 mülki şəxsin həlak olduğu, 48 nəfərin yaralandığını diqqətə çatdırılıb. Əməlləri müharibə cinayətləri kimi qiymətləndirən C.Bayramov, buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.

U.Reynsalu öz tərəfindən münaqişənin siyasi yolla həll olunmasının vacibliyini ifadə edib. Humanitar atəşkəsə hörmət etməyin vacibliyini vurğulayan Estoniya Xarici İşlər naziri bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu və Estoniyanın BQXK-ya verdiyi humanitar yardım vasitəsilə töhfəsini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR