SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Füzulidə polislə məhkəməyə ağır ittiham: “Vərəm xəstəsi qadınla şərlənib...” - Video

9-07-2019, 16:30 | Oxunub: 21 |

Füzulidə polislə məhkəməyə ağır ittiham: “Vərəm xəstəsi qadınla şərlənib...” - Video














Füzuli rayonundan məcburi köçkün olan Dərgahovlar ailəsinin başına müsibət gətirilib.

Sumqaytın aluminum zavodunda məskunlaşan Dərgahovlar Füzuli rayon polis rəisi ilə məhkəmə sədri Məhəmməd Bağırovdan şikayətçidirlər.

Sensasiya TV-yə danışan Mətanət Dərgahovanın sözlərinə görə, həyat yoldaşı Mirələm Dərgahov günahsız yerə şərlənərək həbs olunub. M.Dərgahov vərəm xəstəsidir və buna baxmayaraq, müalicə müəssisəsində ona hökm oxunub, 1 il, 5 ay 28 gün azadlıqdan məhrum edilib.

Mətanət xanım bildirir ki, həyat yoldaşı sifarişlə tutulub və yüngül həyat tərzi keçirən bir qadının əli ilə şərlənib.

Bu ailə zavodun həyətində çox ağır şəraitdə, xarabalıqda yaşayırlar. Video kadrlardan görünür ki, Dərgahovlar hansı gündə, hansı vəziyyətdədirlər.

M.Dərgahov deyir ki, Biləcəridəki kafelərin birində iki-üç dəfə Lətifə adlı qadınla görüşüb. Sonra həmin qadın onu şərləyib ki, səndən iki övladım var.

O, dəfələrlə dövlət orqanlarına müraciət edib, DNT analizi tələb edib. Amma Şirvan şəhər məhkəməsi heç nəyə məhəl qoymadan, atalığı müəyyən etmədən aliment ödənilməsi barədə qərar çıxarıb.

Hər uşağa 83 manat təyin olunub. Onun həyat yoldaşı isə qeyd edir ki, Füzuli polis əməkdaşları alimentə görə günlərini qara edib:

“2016-cı ildə Sumqayıtdakı Füzuli nümayəndəliyində Sabir adlı şəxs və iki başqa adam ərimə ev verəcəkləri adı ilə çağırıblar, amma onu sürüyüblər.

Qışqırmışam ki, niyə belə edirsiniz? Onda məni də döydülər. Guya yoldaşım oğrudur, bank yarıb.

Mirələmi Yasamal təcridxanasına apardılar. Onda körpə qucağımdaydı, 102-yə zəng edib ağlaya-ağlaya dedim ki, yoldaşımı döyüb tutublar.

Dedilər ki, günahsızdır, buraxılacaq. Şənbə-bazara düşdü, vəkil Altay müəllim getdi, sonra buraxdırdı. Amma yenə “terror” davam edir.

Bizim heç bir gəlirimiz yoxdur, Mirələm 60 manat qaçqın pulu alır, özü də vərəmdir, dərmana pul çatmır. Mən Füzuli rayon polis şöbəsinə müraciət edirəm ki, niyə buna son qoyulmur?”

M.Dərgahova bildirir ki, polis Mirələmə Lətifəni saxlamağı tövsiyə edir: “Buna bir ailəyə “terror” deyərlər. Yoldaşım küçəyə çıxa bilmir, deyirəm ay Allah, tutdular, yenə apardılar. Həmin Lətifə Bərdəyə anamın evinə gəlib.

Deyib ki, qızın qızıllarımı oğurlayıb, şikayət edəcəm. Mən dəmir, aliminum yığıb satıram ki, çörək pulu qazanım. Mən heç onun evini tanımıram.

Füzuli polisi, məhkəməsi və Şirvanın məhkəməsi bu qadının diktəsi ilə hərəkət edir, onun əli ilə bizə gün verib, işıq vermirlər. Bizdən nə istəyirlər? Yoldaşım xəstədir, dərman pulu tapmırıq, bizdən əl çəkmir”.

Dərgahovlar ailəsi yenidən DNT analizi tələb edir, ondan sonra aliment verilməsi ilə bağlı məhkəmə aparılmasını istəyir.

Onlar polisin bu işdə alət olunmasını şanlı polisimizin adına ləkə hesab edirlər.

Ümid edirlər ki, Daxili İşlər Nazirliyi məsələni araşdıracaq.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR