SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Rövşən Bağırovun qanunsuz əməlləri

4-06-2020, 12:44 | Oxunub: 85 |

Rövşən Bağırovun qanunsuz əməlləri

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLIYEV CƏNABLARINA
SURƏTİ : AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORU CƏNAB
KAMRAN ƏLIYEVƏ
SURƏTİ : AZƏRBAYCAN RESPUBLİKASI DAXILI İŞLƏR NAZİRİ CƏNAB
VİLAYƏT EYVAZOVA

CƏNAB PREZİDENT!

"Xeberfakt.info" informasiya portalının poçtuna daxil olan şikayətlərin əsasında iş adamı Quliyev Nadir Nuruş oğlu redaksiyaya dəvət olunmuş və ətraflı dinlənilmişdir.Bundan əlavə,Quliyev Nadir Nuruş oğlu ilə birlikdə Lerik rayonunun Boykəndil kənd 180 şagird yerlik orta məktəbinin tikintisində çalışmış xeyli mühəndis-texniki personal ,həm redaksiyaya gələrək, həm də səsli və görüntülü əlaqələr yaratmaqla bizimlə birbaşa təmas edərək,Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun qanunsuz hərəkətlərindən şikayət etmiş və şikayətlərinin yuxarı rəhbərliyə çardıtılmaqla araşdırılmasını xahiş etmişdilər.
Redaksiyaya daxil olan informasiya bazası əsasında,biz dövlətin büdcəsinə aid vəsaitlərin,istər məşğulluq xəttindən, istər rayonun abadlıq işləri xəttindən, bağçalara və xəstələrə ayrılan ərzaq və dərman vasitələri tərəfdən,həmçinin yumşaq və bərk inventarlar xəttindən,Rövşən Bağırovun racon qoyması və dolyasını aldıqdan sonra,yerlərinə çatdırılması barədə də məlumatları iş adamı Nadir Quliyev və onun tabe işçilərinin şikayətlərinə əlavə edərək dərc etmişdik.Bizim nəşrimizə isnad edən 20-dən çox kütləvi informasiya vasitələri,televiziya kanalları buzim saytın materialını təkrar ictimailəşdirmişlər.
Ölkə üzrə geniş rezonans doğurmuş korrupsiya və rüşvətxorluq, vəzifədən sui-istifadə faktları,hüquq -mühafizə orqanlarında da diqqətdən yayınmamışdır.Artıq, aldığımız dəqiq informasiyaya əsasən,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid struktur olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Tofiq adlı məsul şəxs tərəfindən çiddi araşdırmalar başlanmış,hətta Lerik rayon icra hakimiyyətinin rəhbərliyindən araşdırma xüsusunda aldiyyatı sənədlər rəsmi tələb olunmuşdur.Bildiyimiz qədər, faktlarla bağlı cinayət işi başlamamış,araşdırmaçı tərəfindən belə çiddiiklə rəsmi sənədlər tələb oluna bilməzdi. Bu xüsusda, şikayətçi Quliyev Nadir Nuruş oğluna zəng etdik və o aldığımız məlumatların doğruluğunu təsdiq etməklə yanaşı, özünün də bir neçə saat müddətində dindirildiyini bildirdi.
Əlbəttə, çox nüfuzlu polis idarəsndə Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun qanunsuz hərəkətlərinin tam obyektiv araşdırılaraq,onun əməllərinə real hüquqi qiymət verilməsi gününün uzaqda olmadığına əminik.
Eyni zamanda, Cənab Prezidentə də ünvanladığımız informasiyalar,artıq onun diqqətinə çatdırılmış və bu nüans da,daha bir icra başçısı "fenomeninin" çox tezliklə xalqımızın gözlərini qamaşdıracağınıa gətirib çıxaracaqdır.
Prosesləri izləməkdə davam edirik.

"XEBERFAKT.İNFO " INFORMASIYA PORTALININ BAŞ REDAKTORU HAFIZ RÜSTƏMOV.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR