SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Xırdalan sakinlərində Prezidentə şikayət

13-06-2020, 09:00 | Oxunub: 59 |

Xırdalan sakinlərində Prezidentə şikayət
AZƏRBAYCAN RESPUBLİK­ASININ PREZİDENTİ İL­HAM ƏLİYEV CƏNABLARI­NA
AZƏRBAYCAB RESPUBLİK­ASININ BAŞ PROKURORİ​ KAMRAN ƏLİYEVƏ.


Cənab Prezident!
Təəssüf ki, biz 60 nəfər ,hər biri 4 nəf­ərlik ailəni təmsil etməklə 240 sakin ad­ından,yəni bir kənd əhalisi​ qədər ölkə vətəndaşı adından, son illərdə dəfələrlə həm Sizə,həm Baş Prokurorluğa rəsmi şi­kayətlər etməyimizə baxmayaraq,mətbuatda­,telekanallarda başı­mıza Ümidvar və Mamed adlı ci­nayətkar qruplaşma tərəfindən olmazın oyunlar açıl­ması barədə çıxışlar etməyimizə baxmayar­aq,Prezident Adminis­trasiyası qarşısında­,Abşeron rayon İcra Hakimiyyətinin inzib­ati binası qarşısında etiraz aksiyaları kecirməyimizə baxmay­araq-heç bir nəticə hasil olmadı.
Bu canilərdən biri olan Mamed,ümumiyyətlə elə gizlənib ki,onu tapmaq mümkün deyil.Halbuki, əsil niyyətləri ölkə əhalisini talamaq məqsədi ilə yaratdıqları "Kristal M.V.Ü" Məhdud Məsuliyyətli Cəmiyyətinin adındakı "Kristal" sözündən sonra gələn üç böyük hərflərin ikisinin mənası Mamed (birinci böyük hərf) və Ümidvar (üçüncü böyük hərf ) deməkdir.Onlar, əsl arxalı canilər kimi,məsuliyyətdən yayınır,bizim dəfələrlə yazılı və şifahi tələblərimizə qarşı hüquq - mühafizə orqanları tərəfindən ciddi krışaları olduqlarını nümayiş etdirirlər."Arxalı köpək qurd basar" atalar sözü, elə bil ki,bunlar üçün yazılıb.
Nəticədə,c­ani və dələduz​ Ümu­dvar cəzasızlıqdan daha da quduraraq, onun ofi­sinə gedib haqqını tələb edən çoxsaylı bina sakinlərini təhq­ir edərək iti qovlay­an kimi qovladı.
Sizə etdiyimiz şikayətlə­rimizdən biri,Abşeron rayon polis idarəs­inə araşdırmaya gönd­ərilmişdi.Tuncay adlı təhqiqatçı yalançı,sa­xtakar bir "araşdırm­a" apararaq,sonda​ Ümudvar və onun cinay­ətkar qruplaşmasının əməllərində cinayət tərkibi "tapa bilmə­di"
Hörmətli Preziden­t!
Siz​ son çıxışlar­ınızda,dəfələrlə qeyd edirsiniz ki,Prezi­dent Administrasiyas­ının əvvəlki rəhbərl­iyi vətəndaşların şi­kayətlərini Sizdən gizlədib,nəticədə bu özbaşınalıqlardan xə­bəriniz olmayıb.Biz ölkə vətəndaşlarına televiziya vasitəsi ilə özünüz müraciət etmisiniz ki,Sizə ya­zaq və bundan belə reaksiyalar real olaç­aq -nəticələrini də görəcəksiniz.Biz 240 nəfər ölkə vətəndaşı adından iki il əvv­əl,Prezident Adminis­trasiyası qarşısında 60 nəfər toplanarkə­n,səs-küy qaldıraraq­,haqqımızı tələb edə­rkən,yəni bunu Sizə çatdırmamağa necə cə­sarət etmişdilər?İndi biz yenə Sizin biz ölkə vətəndaşlarına verdiyiniz sonuncu vədinizdən ümidlənər­ək,Sizə yazırıq-ümid edirik ki,Ümidvar- Mamed şaykası bu də­fə kimlərinsə ağzını yummağa nail ola bi­lməyəçəklər.
Cənab Pr­ezident!
Biz 60 nəfər­,əvvəllər dəfələrlə nələrdən yazırdıq?Ya­zırdıq ki,Ümidvar-Mamed cani dəstəsi Abşeron rayonu İcra Hakimiyyəti rəhbərliy­inin dəstəyi ilə​ əlinə tikintiyə icazə qərarı keçirərək,Xı­rdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 saylı ünvanda çoxmənzilli iki ədəd bina tikmi­şlər.Bu binalardan ölkə vətəndaşlarına aldadılaraq verilmiş mənzillərin hər biri­nin müqavilələrdə gö­stərilmiş sahələri,ə­slində​ olan sahələ­rindən 4--8 kv.m artıq olmaqla,vətəndaşları aldadaraq,onların külli muqdarda pullar­ını ələ keçirmişlər.­Ümudvar ,Mamed adlı diğər cinayət ortağı ilə birbaşa rəhbərl­ik edərək, hər dəfə cinayət yükünü azaltmaq məqsədi ilə fərqli adda MMC-lər yaradaraq, yux­arıda qeyd olunan bu binaları ala-yarımç­ıq tikmişlər.Sizə şikayət edən 240 nəfər vətəndaşın yaşadığı binanı yuxarıda qeyd etdiyimiz "Kristal M.Y.U " MMC-nin adı altında,ondan 10 metr aralıda olan diğər binanı isə tam başqa ad altında tikmişlər. Əsl niy­yətləri mənzil tikin­tisi deyil,ölkə vətə­ndaşlarının pulların­ı​ ələ keçurmək olm­uşdur.Bunun sübutları tam ortadadır.Hər iki bina yan-yanadır və 10 ilə yaxındlr ki,guya tikiliblər.Ə­trafda artıq həmin binalardan sonra başqa şirkətlər tərəfind­ən tikilmiş xeyli bi­nalar, dövlət komiss­iyasına rəsmi təhvil verilmiş,qaz ,işıq çəkilmiş,binaların qarşısı abadlaşdırılm­ışdır.Lakin,bu məlum bandanın tikdiyi hər iki binanı dövlət komissiyası qəbul edə bilmir.Binalarda yanğın təhlükəsizliyi məqsədi ilə qoyulma­lı olan liftlərdən,y­alnız biri quraşdırı­lmış,işıq xətləri is­ə,mərkəzi transforma­tordan yamaqlı,çox təhlükəli köhnə,işlən­miş məftillərlə çəki­lmişdir.Binalar uzun müddət təhvil verilə bilmədiyindən,əvvə­llər kurayədə yaşaya­n,evi olmayan,son qə­piklərini dələduzlara verən insanlar,məc­burən bu mənzillərə köçmüşlər və bununla da,bir növ Ümudvar-­Mamed quldur dəstəsi­nin girovuna çevrilm­işlər.Təsəvvür edin ki,vətəndaşlar işıq pulunu hüquqi şəxs kimi şirkətin adına ödəməli olurlar,yəni adi vətəndaşlardan fərqli olaraq,əlavə pul ödəməyə zorlanırl­ar.Qaz isə hələ çəki­lməmişdir. Vətəndaşlar hazırda şikayətlərinə Sizin tərəfinizdən baxılmaması nəticəsində ruhdan düşərək və quldurların onların pullarını mənimsəmələrinə rəğmən,özləri pul toplayıb qaz xətti çəkdirmək istəyirlər. Camaatın,o­nsuz da,şirkət rüsumu ilə baha işıq pulu­nu ödəməyə imkansız olduqları bir yana,q­az olmaması səbəbind­ən əlavə işıq pulu da ,mənzillərin istil­iyinə​ və yemək biş­ırməyə görə​ ödəməli olurlar.Bir sözlə,­hər ay bu canilərin ucbatından,hər sakin əlavə olaraq,ən azı 100 manat xərcləməli olur.Bu iki binadan başqa,ətrafda olan diğər- bu binalardan sonra başqa şirkətlər tərəfindən tikilən bütün binalar qazlaşdırılmışdır.
Cənab Prezident!
Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya da bu xüsusda dəfələrlə şikayətlər etmişik və onun da bu canilərlə əlaqəli olduğunu qeyd etmişdik.Axı,Cənab Prezident,necə ola bilər ki,həmin binalar ın qərarları verilərkən,o zaman üçün birbaşa imza səlahiyyətli icra başcısı birinci binaya qərar verdikdən sonra bu canilərin yaramazlıqlarını görməmişdi və təkrar onlara yaşıl işıq yandırmışdı? Azərbaycan adlı dövlət daxilində az-maz ağlı başında olan adam bu binaların qərarlarının hansı "şərtlər" daxilində verildiyini qanmaya bilərmi? Əgər, Xırdalanda gedən ölçüsüz -biçisiz göydələn bumunun əhalinin urbanizasiyası ilə birbaşa əlaqəsi varsa,onda İcra hakimiyyəti başçısının vəzifəsi, yalnız tikinti qərarlarını "şərtlər" daxilində imzalamaqla bitməli idimi? Bu binalarda həbsxana həyatı yaşamağa məcbur olunmuş insanların həyat şəraitindən hansı vəzifə yetkilisi sorumlu olmalıdır? Həl=ə bu azmış kimi,Prezident Administrasiyasına İradə Gülməmmədova barədə etdiyimiz şikayətlər, tədbir görülmək üçün onun özünə göndərilmişdir.İradə xanım da, Abşeron rayon icra hakimiyyətinin inzibati binasının qarşısında bizim 60 nəfərlik ordunu görərək yanımızdan xidməti avtomobilini dayandırmadan ötmüşdür.
Cənab Prezident!
Biz sakinlər, Sizın adınızdan edimiş kimi görünən bu dövlət səviyyəli etinasızlıqlardan sarsılaraq, cinayətkarbaşı Ümudvarın ofisinə gedərək, ondan yuxarıda sadalanan tələbləri yerinə yetirməyi sorğulamışıq . O isə bizlərə demişdir ki,binanı o tikməmişdir,onun binaya aidiyyəti yoxdur,gedin kimə istəyirsiniz şikayət edin.Amma, hazırda bizim yaşadığımız binanın birinci mərtəbəsini məhz Ümidvar təmir etdirir və kimlərəsə icarəyə verərək pul qazanır. Bu da o deməkdir ki,Ümidvar-Mamed qruplaşması , əvvəlcədən bu binaları tikərkən,elə bir dələduz sxemi qurmuşdur ki,özlərinin üzərlərinə gələ biləcək məsuliyyətdən qaçmaq üçün hüquqi əsaslar ola bilsin. Bəs elə isə,bizim hüquq -mühafizə orqanları dəfələrlə etdiyimiz şikayətləri nə üçün araşdırmayaraq,Ümudvar-Mamed quldur dəstəsinin gizli niyyətini aşkara çıxarmaqla onları ifşa etməmişdir. Axı,biz həm də Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Baş Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciətlər etmişdik. Yəni,hər vətəndaşın mənzilinin sahəsini yalandan şişirtməklə,bu qədər pullarını mənimsəmək cinayət deyilsə ,onda nədir cinayət? Yəni, əhalidən qəpiyinə qədər pulunu almağına rəğmən ,çox mənzilli binanın ikinci liftini quraşdlrmamaq,qazını,ışığın çəkmədən bu qədər camaatı rəzil vəziyyətə salmaq ,binanın məcburi tikinti təlimatlarını bu qədər camaatın həyatını təhlükədə qoymaq hesabına pozaraq acgözcəsinə pullarını ələ keçirmək cinayət deyilsə, bəs cinayət nədir?
Cənab Prezident !
Sizdən, artıq neçənci dəfədir ki, təkrarən xahiş edirik :
1) Ümudvarın və Mamedin rəsmi olsa da,əsil niyyətləri dələduzluq yolu ilə əhalidən kütləvi şəkildə pul mənimsənilməsi olan tikinti şirkəti yaratmaq yolu ilə bizə qarşı etdikləri qatı, xüsusilə külli miqdarda olmaqla dələduzluq əməlləri törətdiklərini sübut etməklə, onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aidiyyatı talama maddələri üzrə cinayət işi açılmasına köməklik edəsiniz. Həmçinin, mənimsənilmiş pullarımızın geri qaytarılmasına köməklik göstərəsiniz.
2) Yaşamağa məcbur olduğumuz Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 saylı ünvanda yerləşən " Kristal M.Y.U" MMC-nin guya tikdiyi binanın dövlət qəbul komissiyası tərəfindən qəbul olunmaması səbəbləri ilə bağlı dəfələrlə etdiyimiz şikayətlər daha qulaqardına vurulmasın,yuxarıda adlarını açıqladığımız canilər bizdən alaraq mənimsədikləri pullar hesabına binanı qəbul komissiyası tərəfindən qəbul olunacaq həddə təmir etməyə məcbur olunsunlar.
3) Dəfələrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə də yazmağımlza baxmayaraq,heç bir tədbir görülməmiş binanın seysmik tələblərə cavab vermədiyinə əmin olduğumuza görə, bina bu xüsusda da,ölkə vətəndaşlarının təhlükəsizliyi naminə yoxlanılsın.Hazırda, binanın zirzəmisi yeraltı sular ilə dolmuşdur, Bu xarakterli cinayətkar ünsürlərin binanın özülündən də "balalarına cörək qazanmaq" hərisliklərinə əminik.

Hörmətlə; Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 saylı binanın 240 nəfərlik sakinin adından 60 nəfər ailə başçıları.

Qeyd:Prezident cənablarının və Baş Prokurorun elektron poçtlarına ünvanlanmış məktublardan əlavə, hər iki ünvana 60 nəfər ailə başçılarının yaş imzası ilə Azərpoçt xidməti vasitəsi ilə də xəbərnaməli olaraq məktublar göndərilmişdir.

Əlaqə telefonu: 050 225 26 28
13.06.2020.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR