SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Yaddaşı yaxşılaşdıran MƏHSULLAR

11-09-2020, 13:54 | Oxunub: 10 |

Yaddaşı yaxşılaşdıran MƏHSULLAR
Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar.

Xeberfakt.info İnteraz-a istinadla xəbər verir ki, brokkoli, pomidor, balqabaq tumu, qoz, kakao yaddaş üçün faydalıdır.

Belə ki, brokolli vitaminlərlə zəngin olan tərəvəzdir. Bu vitaminlər arasında yaddaşa müsbət təsir göstərən K, C və B qrupu vitaminləri var. C vitamini həmçinin beyni azad radikalların təsirindən də qoruyur.

Pomidorun tərkibində xeyli miqdarda C vitamini və beyin üçün çox faydalı oln, beyinin damarlarını təmizləyən və qoruyan likopin maddəsi var.

Balqabaq tumu B qrupu vitaminləri, həmçinin maqnezium və selenlə zəngindir. Bu maddələr sinir sisteminə müsbət təsir göstərir və informasiyanı daha yaxşı qavramağa kömək edir.

Araşdırmaçıların sözlərinə görə, yunan qozu əsl “beyin stimullaşdırıcısı”dır. Onların tərkibində yaddaşı və koqnitiv bacarıqları yaxşılaşdıran yağ turşuları mövcuddur. Bundan başqa, qozda çoxlu kalium və maqnezium var.

Kakaonu intellektual əməyə başlamamışdan öncə içmək tövsiyə olunur. Qeyd olunub ki, kakaoda beynin fəaliyyətini yaxşılaşdıran triptofan və flavonoidlər var.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR