SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı

7-08-2019, 12:19 | Oxunub: 6 |

Fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı

Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində məcburi köçkünlər üçün salınan şəhərçikdə qeydə alınan ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü İbrahimov Rəmzi Qələbə oğlu 3 aydır ki, fəhlə kimi çalışdığı “DİADEM” MMC tərəfindən tikintisi həyata keçirilən binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. O, iki saat sonra çatdırıldığı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR