SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

“Gənclik”də avtomobil dayanacağa girdi – Nişanlı cütlük yaralandı (FOTO)

8-08-2019, 09:57 | Oxunub: 5 |

“Gənclik”də avtomobil dayanacağa girdi – Nişanlı cütlük yaralandı (FOTO)

“Gənclik” metrostansiyası yaxınlığında Fətəli Xan Xoyski prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Minik avtomobili avtobus dayanacaq məntəqəsinə çırpılıb.

Nəticədə səkidə olan 22 yaşlı qızla 23 yaşlı oğlan yaralanıb.

Səhiyyə Nazirliyindən mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 18:37 də daxil olub. Hadisə yerinə gələn təcili yardımın həkim briqadası qıza sol bazunun travması, oğlana alının kəsilmiş yarası diaqnozunu qoyub. Yaralıların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, qızla oğlanın nişanlı olduğu bildirilir.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

“Gənclik”də avtomobil dayanacağa girdi – Nişanlı cütlük yaralandı (FOTO)

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR