SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Bakıda tozun artmasına səbəb daş karxanalarıdır – təhlükə

8-08-2019, 12:00 | Oxunub: 6 |

Bakıda tozun artmasına səbəb daş karxanalarıdır – təhlükə

Ekoloq: “Onların üzərində yüz illər öncədən qalma viruslar və xəstəliklər ola bilər”

Bəs əslində vəziyyət necədir?

Yada salaq ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi daş karxanalarında reydlər keçirir, müasir avadanlıqla təchiz olunmayan, atmosferə hədsiz dərəcədə toz buraxan karxanalar barəsində tədbir görürdülər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında bildirmişdi ki, araşdırmaların nəticələri göstərib ki, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar:

“Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir. Daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur. Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib”.

2018-ci ilin may ayında məlumat yayıldı ki, qanunsuz fəaliyyət göstərən 250 daş karxanasının fəaliyyəti dayandırılıb.

Lakin buna baxmayaraq, rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 585 ədəd daş karxanası fəaliyyət göstərir. Onlar Xəzər, Qaradağ, həmçinin Abşeron, İmişli, Quba, Şəki, Qazax kimi rayonları əhatə edir. Xüsusilə də hazırda Qaradağ və Xəzər rayonlarında daş kəsimi sürətlənib. Bir məsələni də qeyd edək ki, qanunsuz karxanalara qarşı mübarizə aparıldığı ərəfədə ölkədə mişar daşının qiyməti bir neçə qəpik bahalaşmışdı. Belə ki, Qaradağ daşını 47-50 qəpikdən aşağı tapmaq müşkülə çevrilmişdi. Eyni zamanda nisbətən yüngül və yumşaq olan Türkan daşı da bahalaşmışdı. Lakin yay mövsümünün sonlarına doğru daşın qiymətində müəyyən ucuzlaşma var. Ekspertlər bildirirlər ki, əslində hazırda kubikin bahalaşması üçün heç bir əsas yoxdur. Çünki nə yanacaq, nə də elektrik enerjisinin qiymətində artım yoxdur…

Mövzuya qayıdaraq bildirək ki, Bakıda, yuxarıda da qeyd etdiyimiz kimi, söküntü-tikinti işlərinin aparılmasının da tozun artmasına səbəb olduğu söylənilir. Belə ki, hazırda şəhərin mərkəzinə yaxın ərazilərdə qəzalı vəziyyətdə olan binalar sökülür, sakinlərə müvəqqəti kirayə mənzillərdə yaşamaları üçün şərait yaradılır. Həmin binaların yerində isə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq hüdürmərtəbəli binalar ucaldılır. Köhnə binanın sakinlərinə yeni tikilidən mənzil verilir. Tikilinin qalan mənzilləri isə satışa çıxarılır.

Bakıda tozun artmasına səbəb daş karxanalarıdır – təhlükə


“Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov bildirib ki, əslində Bakıda daş karxanalarında qalxan toz kifayət qədər təhlükəlidir. Ekspertin fikrincə, bu cür məsələlərə qeyri-ciddi yanaşmaq böyük fəlakətlərə səbəb ola bilər:“Məlum olduğu kimi, karxanalar qədim qayalıqların üzərində salınıb. Orada mişar daşları deyilən daşlar kəsilir, kubik halına salınır, sonra isə yük maşınlarına yığılaraq ölkənin müxtəlif yerlərinə daşınır. Əslində bu daş təbəqəsi yüz illər boyu formalaşıb. Deməli, onların üzərində yüz illər öncədən qalma viruslar, mikroblar, xəstəliklər ola bilər. Karxanalarda daşlar kəsilən zaman ətrafa dəhşətli dərəcədə toz dumanı yayılır. Bu toz dumanı ilə müxtəlif xəstəliklər də yayıla bilər. Ona görə də karxanalara nəzarət gücləndirilməlidir. Karxana işlədən adam özü orada xüsusi qurğu quraşdırmalıdır. Hansı ki, həmin qurğu tozu çəkir, ətrafa yayılmağa qoymur. Onun üzəri də möhkəm qapadılır və çəkilən toz ərazidə başqa bir yerə yığılır. Bu gün görürük ki, karxanalarda belə bir sistem quraşdıran yoxdur. Doğrudur, karxanaların bir qismi yaşayış yerlərindən aralıda yerləşir. Ancaq külək qalxdığı zaman onun hansı məsafədə olduğu fərq etmir. Ətrafa toz dumanı yayılır ki, bu da yaşayış yerlərinə də zərər verir”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR