SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Neymar Messinin rekordunu qırdı

10-10-2020, 13:31 | Oxunub: 15 |

Neymar Messinin rekordunu qırdıFransanın PSJ klubunun futbolçusu Neymar İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin rekordunu qırıb.

"Xeberfakt.info"in məlumatına görə, 28 yaşlı hücumçu buna Braziliya millisinin heyətində nail olub. Forvard 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib.

Bu, son üç mundialın seçmə mərhələsində ən yaxşı göstəricidir. Əvvəlki rekordu 2011-ci ildə Kolumbiyaya qarşı Argentina yığmasının heyətində Lionel Messi (15 uğurluq driblinq) gerçəkləşdirib.

Qeyd edək ki, Braziliya Boliviyanı 5:0 hesabı ilə üstələyib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR