SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Canni De Byazi: "Monteneqro üçün sürpriz edəcəyik"

16-09-2020, 15:25 | Oxunub: 6 |

Canni De Byazi: "Monteneqro üçün sürpriz edəcəyik""UEFA Millətlər Liqasında Monteneqro və Kiprə qarşı oyunlarımız üçün heyəti nə qədər gec açıqlasam, o qədər yaxşıdır".

Bunu "Xeberfakt.info"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

64 yaşlı mütəxəssis növbəti oyunlarda da yeni 5-4-1 taktikasına üstünlük verib-verməyəcəyinə dair sualı konkret cavablandırmaq istəməyib: "Taktikanı indidən açıqlamaqla, nəyə görə Monteneqroya əlavə üstünlük verməliyik? Onsuz da bu rəqibin üstünlükləri var. Monteneqro üçün sürpriz edəcəyik. Əlbəttə, bu bir zarafatdır (gülür - E.M.)".

İtaliyalı baş məşqçinin fikrincə, Monteneqro millisini qrupun favoritidir: "Onlar qrupun ən güclüsüdürlər. Həm reytinqcə, həm də oyunçuların səviyyələrinə görə üstündürlər".

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub, Nikosiyada "Kipr"i 1:0 hesabı ilə üstələyib. Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR