SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Həkim: Kondisioner virusu daha da aktivləşdirə bilər

11-06-2020, 12:38 | Oxunub: 14 |

Həkim: Kondisioner virusu daha da aktivləşdirə bilərHavalar isindikcə kondisionerə tələbat artır. Evlərimizdə, iş yerlərimizdə rahat otura bilmirik.

Əlacı süni sərinlik yaratmaqda görürük. Həvəslə kondisionerin pultunu əlimizə alıb, düyməni basırıq.

Amma heç 5-10 saniyə keçmir ki, həyəcanla düyməni ikinci dəfə basır, cihazı söndürürük. Koronavirus qorxusu buna da imkan vermir. “Bəlkə, virus belə şəraitdə daha yaxşı yayılır?” fikri qanımızı lap qaraldır...

Həkim-allerqoloq Şahvələd Məmmədov bununla bağlı “Sherg.az”a danışarkən bildirdi ki, kondisionerli otaqda virus daha aktiv ola bilər:

“İlk vaxtlar deyirdilər ki, koronavirus 26 dərəcədə ölür. Amma ən isti ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanda da yoluxma və ölüm hallarına rast gəldikdən sonra alimlər bu nəzəriyyəni arxa plana atdılar. Əlbəttə, bütün növ respirator viruslar soyuqda daha aktiv olurlar. Başqa sözlə desək, soyuq mühit virus üçün daha əlverişlidir, nəinki isti. Həmçinin kondisionerli otaqda oturmağın immuniteti zəiflətdiyini də nəzərə almaq lazımdır.

Ona görə də koronavirusa təsirindən asılı olmayaraq insanlara kondisionerə çox üstünlük verməmələrini məsləhət görərdim. Çünki immunitet zəifləsə, orqanizmin yoluxma ehtimalı da artacaq. İndiki halda isə ən vacib məqam immuniteti güclü saxlamaqdır”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR