SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Koronavirus xəstələri ailələrinin ümidinə buraxılır... - lakin əsas suala cavab yoxdur

27-06-2020, 14:50 | Oxunub: 36 |

Koronavirus xəstələri ailələrinin ümidinə buraxılır... - lakin əsas suala cavab yoxdur24 iyun 2020-ci ildə Səhiyyə nazirinin müavini Viktor Qasımov, Azərbaycanda asimptomatik yoluxmuş, yəni əlamətləri biruzə verilməyən COVID-19 xəstələrinin müalicəsinə artıq ev şəraitində başlandığını elan etdi. Belə xəstələrə nəzarət, nazir müavinini sözlərinə görə, yerli poliklinikalar tərəfindən həyata keçirilir.

İyunun 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva da evdə müalicə alanların, əsasən asimptomatik xəstələr olduğunu dedi: “Bunlar infeksiyanı çox yüngül formada daşıyan xəstələrdir. Belə insanların xüsusi müalicəyə ehtiyacı yoxdur və onlar müəyyən bir siyahı əsasında dərman almaq məcburiyyətində deyillər. Bundan əlavə, koronavirusun özünəməxsus dəqiq bir müalicəsinin olmadığını da başa düşmək lazımdır”.

Mövcud məsələ barədə AYNA-ya danışan ölkənin baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, asimptomatik xəstələrin müalicəsi sahə həkimlərinin nəzarəti altında olacaq: “Asimptomatik xəstələrə ev şəraitində ayrıca otaq ayrılmalıdır. Ailə üzvləri belə xəstələrlə yalnız tibbi maska geyinərək kontaktda olmalıdırlar”.

Amma tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, sahə həkimləri koronavirusu müalicə edə bilməyəcəklər. “Müalicə prosesinin effektivliyini təmin etmək üçün poliklinikalarda xüsusi qərargah yaradılmalıdır. Bu qərargah xüsusi avadanlıqla təchiz olunmalı, orada işləyən həkimlər və tibb bacıları koronavirus xəstəsini gündəlik ümumi müayinə etməlidirlər”, - o, AYNA-ya deyib.

Xüsusi qeyd edib ki, həm bu həkimlər və tibb bacıları, həm də pasiyentin ailə üzvləri koronavirusdan qorunmaq üçün müvafiq vasitələrlə təmin edilməlidirlər: “Bu vəziyyətdə adi tibbi maskalar kömək etməyəcək. Düşünmürəm ki, sahə həkimləri və koronaviruslu xəstələrin ailə üzvləri bu cür vasitələrlə təmin edilsinlər”.

Koronaviruslu xəstələri gündəlik müayinə edəcəklərmi? Həkimlər və xəstənin ailə üzvləri koronavirusdan qorunmaq üçün vasitələrlə təmin ediləcəkmi? Suallarımıza cavab almaq üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlamağa çalışdıq. Ancaq həmişə olduğu kimi, Pərviz Abubəkirov zənglərimizə cavab vermədi.

Sonra 9 nömrəli poliklinikanın baş həkimi Tamilla Kərimovaya müraciət etdik. O dedi ki, evdə koronaviruslu xəstələrin müalicəsi xüsusi plan üzrə olacaq: “Xəstənin qohumları gündə iki dəfə onun temperaturunu ölçəcəklər. Xəstənin temperaturu yüksəlirsə, bu barədə sahə həkiminə məlumat verəcəklər. Temperaturdan aslı olaraq, xəstə ya xəstəxanaya, ya da koronavirusla mübarizə üçün ixtisaslaşmış bir tibb müəssisəsinə yerləşdiriləcək. Qohumların yoluxmaması üçün adi tibbi maskadan istifadə də yetərlidir. Asimptomatik xəstələrin koronavirusdan evdə müalicəsi xəstəxanada, ağır xəstələrin əhatəsindəki müalicədən daha təsirli olur”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR