SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

Koronavirus gələn il yenə qayıdacaq?

4-04-2020, 10:00 | Oxunub: 32 |

Koronavirus gələn il yenə qayıdacaq?Yaz aylarında insanın immuniteti zəifləyir və məhz bu səbəbdən virus xəstəliklərinə tutulanların sayı kəskin artır. Bu il biz yeni bir virusla qarşılaşmışıq.

Bu COVİD-19-dur. Təəssüf ki, antibiotiklərlə müalicə olunan bakteriyal infeksiyalardan fərqli olaraq əksər virusların müalicəsi üçün xüsusi vasitələr yoxdur. Bu mənada respirator viruslar ən problemlidir. Onlar çox tez mutasiya olunur və bu səbəbdən onlara qarşı dərman və ya peyvənd hazırlamaq demək olar mümkün deyil. Virusun bir ştammına peyvənd hazırlayana qədər onun növbəti ştamları üzə çıxır. Koronavirus da belədir. Yeri gəlmişkən, koronavirus heç də yeni virus deyil. Hazırda dünyada yayılan COVID-19 koronavirusun yeni ştamıdır.

Xeberfakt.info bildirir ki, bəzi alimlərin fikrinə görə, qripp və soyuqdəymə virusları kimi koronavirus da, çox güman ki, bizimlə qalacaq və hər il müəyyən fəsillərdə yenə və yenə qayıdacaq. Biz koronavirusa, o da bizə öyrəşəcək və artıq koronavirusun mövsümi yayılması “faciə” kimi deyil, adi hal kimi qəbul olunmağa başlayacaq. Yəni adi qripp kimi.

Viruslardan qorunmaq istəyirsinizsə, sadəcə immun sisteminizi gücləndirin. Güclü immunitet istənilən virusa qalib gələ bilər.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR