SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

"Selfi, minbaşı, feysbuk" - Yeni sözlərimiz...

11-09-2020, 15:00 | Oxunub: 11 |

"Selfi, minbaşı, feysbuk" - Yeni sözlərimiz...Nəşrə hazır olan yeni orfoqrafiya lüğətində postpandemiya, selfi, feysbuk, instaqram, yüzbaşı, minbaşı və digər yeni sözlər olacaq.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan bildirilib.

Qeyd olunub ki, tərtib olunan yeni lüğətə 3 mindən çox yeni söz daxil edilib. Onların əksəriyyəti müxtəlif sahələrə aid terminlərdir. Həmçinin, informasiya və sosial media sahələrinə aid bir sıra benəlmiləl sözlər də var ki, artıq həmin sözlər də dilimizin lüğət tərkibinə əlavə olunub. Koronavirus pandemiyası yeni lüğətimizə də təsirsiz ötüşməyib.

Yeni lüğətə bəzi köhnəlmiş və arxaik sözlər də əlavə olunub. Bunlar da daha çox hərbi terminlərdir.

Yeni lüğətə əvvəllər heç bir lüğətə salınmayan, ancaq ümumişlək olan bəzi sözlər də əlavə edilib. Məsələn, sağollaşmaq sözü ümumişlək olsa da, indiyə qədər lüğət tərkibinə daxil olunmayıb.

Orfoqrafiya lüğətinin nəşri sentyabr ayının sonunda yekunlaşacaq.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR