SON DƏQİQƏ

xeberfakt.info
 Valyuta məzənnəsi

“Müğənnilərdən heç kim Fədayə Laçınla görüşə getmir”

10-09-2019, 14:11 | Oxunub: 5 |

“Müğənnilərdən heç kim Fədayə Laçınla görüşə getmir”

Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yenə təxirə salınıb.

Bu barədə Azvision.az -a F.Laçının vəkili Nurəngiz Qarayeva məlumat verib. Onun sözlərinə görə, bu gün təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib. Proses sentyabrın 16-dək təxirə salınıb:

“Növbəti məhkəmə iclası sentyabrın 16-na təyin olunub. Məhkəmənin baş tutmaması Fədayə xanımla bağlı deyil. Pentensiar Xidmətin daxili prosesləri ilə əlaqədardır”.

Vəkil qeyd edib ki, həbsdə olan müğənninin səhhətində heç bir problem yoxdur:

“Fədayə xanımın xüsusi bir istəyi yoxdur”.

N.Qarayevanın dediyinə görə, sənət yoldaşlarından heç kim F.Laçınla maraqlanmır:

“Bu günə kimi müğənnilərdən heç kim onunla görüşə gəlməyib. Yalnız ailə üzvüləri ilə əlaqə saxlayır”.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Məhkəmənin qərarı ilə Fədayə Laçına 5 il həbs cəzası verilib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR